TİKA Azərbaycan təmsilcisi Dr. Salih Polat Qafqaz Universitetində seminar verdi.
Türkiyə Respublikası Baş Nazirliyi nəzdində fəaliyyət göstərən Türkiyə işbirliyi və koordinasiya baş idarəsinin Azərbaycan üzrə proqram əlaqələndiricisi Dr. Salih Polat Qafqaz Universitetində “Türkiyə Respublikası Başnazirliyinin Türkiyə işbirliyi və koordinasiya baş idarəsi və son bir ildə Azərbaycandaki fəaliyyətləri” mövzusunda seminar verdi.
Salih Polat qurumun 1992- də Türkiyə Xarici İşlər Nazirliyinə bağlı olaraq qurulduğunu, 1999-cu ildən etibarən Türkiyə Başnazirliyinə bağlı olaraq fəaliyyət göstərdiyini qeyd etdi. TİKA hal hazırda Türk cümhuriyyətləri başda olmaq üzrə dünyanın 26 ölkəsində ofis açaraq, dünyanın yüzə yaxın ölkəsi ilə işbirliyi formatında fəliyyət göstərməkdədir. Qurumun Azərbaycandaki ofisinin fəaliyyətlərinə 1994-cü ildən başladığını deyən Salih Polat bugünə qədər Azərbaycanda birçox layihənin reallaşdırıldığını qeyd edib. Qurumun 2011-ci ildə həyata keçirdiyi layihələrdən bəhs edən Polat bu il üçün nəzərdə tutulan layihələrin böyük ölçüdə artıq reallaşdığını bildirib.
Qonaq, TİKA`nın Qafqaz Universitetiyle birgə reallaşdırdığı layihələrdən də söz açaraq iki qurum arasında faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu vurğuladı. TİKA ilə birlikdə tələbələrin yay praktikalarının Türkiyədə keçirilməsi ilə bağlı reallaşdırılan layihənin də həm tələbələrin iş həyatı ilə bağlı məlumatlarının artırılması, həm də iki ölkə insanlarının bir -biriləri ilə daha yaxın münasibətlər qurulması istiqamətində müsbət nəticələr verdiyi vurğuladı. Bu ilki layihə çərçivəsində Türkiyədə praktikada olan tələbələrdən bəziləri söz alaraq bu cür layihələrin faydalarından danışdılar və Dr. Salih Bəy-ə və universitet rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Salih Polat Azerbaycanda “İctimayyətə Dəstəkli Polis” , Azerbaycan Mərkəzi Bankı tərəfindən tələb edilən Layihələr, İqtisadi İnkişaf Nazirliyinin İnkişafın Stratejik Planlaması Şöbəsi ilə birlikdə həyata keçiriləcək layihələrin 2012- ci ildə həyata keçəcək layihələrdən başlıcaları olduğunu bildirdi.
Tədbirin sonunda qonağa öz təşəkkürünü bildirən universitetin Rektoru Prof. Ahmet Saniç Dr. Salih Polat-a təşəkkür plaketi və tələbələr tərəfindən hazırlanmış ebru tablosu hədiyyə etdi.
Receb Rzahttp://qu.edu.az/view_news.php?news=1148&link=224&lang=az