Qafqaz Universiteti rektoru prof. Ahmet Saniçin Magna Charta sənədinə imza atma mərasiminin video çarxı.

Sentyabrın 16-da İtaliyanın Bolonya şəhərində hər il mütəmadi keçirilən dünyada fəaliyyət göstərən təhsil proqramlarını boloniya kriterləri əsasında quran qabaqcıl universitet rektorlarının 23-cü konfransı keçirilib. Ölkələr Boloniya sisteminə könüllü olaraq, müvafiq bəyannamənin imzalanması yolu ilə qoşula bilərlər. Həmin təşkilata üzv qəbul olunan universitetlər təşkilatın Magna Charta sənədinə daxil olur və həmin təşkilatın üzvü sayılır. Rektorların konfransında Azərbaycandan Qafqaz Universitetinin rektoru Prof. Ahmet SANİÇ Magna Charta sənədinə imza atıb və beləliklə də Qafqaz Universiteti həmin təşkilatın üzvü olub. Bu sənəd universitetlərin fəaliyyətlərinin fundamental dəyərlərini və prinsiplərini təyin edir.
İndiyə kimi bütün dünyada 700 universitet tərəfindən ( Magna Charta) imza atıb. Bu il ( Magna Charta) imza atan universitetlər aşağıda göstərilən ölkələrdə fəaliyət göstərən universitetlərdir. Fransa, Qazaxistan, Qırğızıstan, Moldova, Fələstin, Türkiyə və Ukrayna Universitetləri, o cümlədən Azərbaycandan Qafqaz Universiteti qəbul olub.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF