Ümummilli lider Heydər Əliyev ideyaları uğurla həyata keçirilir

Bakı, 6 may (AzərTAc). Qafqaz Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərini vurğulamışdır.
Böyük şəxsiyyət Heydər Əliyevin gənclərə, onların təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan rektor ulu öndərin siyasi irsinin layiqli örnək olduğunu bildirmiş, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.
Digər çıxış edənlər də Azərbaycanda qazanılan nailiyyətlərdən bəhs etmişlər.
Sonra “Qafqaz Universiteti ilin adamlarını seçir” layihəsi çərçivəsində müxtəlif nominasiyalar üzrə müsabiqənin nəticələri açıqlanmışdır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev “İlin elm adamı” seçilmişdir.
Tələbələr və incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
http://www.azertag.gov.az/index_az.jsp?id=4952&date=2011-05-06

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır