Liseydə şair, pedaqoq, alim Mirhaşım Talışlının 85 illiyi keçirildi

Mayın 19-da Lənkəran Özəl Türk Liseyində pedaqoq, alim, şair Mirhaşım Talışlının 85 illik yubileyi münasibəti ilə görüş keçirilib. Əvvəlcə yubiley iştirakçıları şairin həyat və yaradıcılığından bəhs edən foto-stendlərlə və kitabları ilə tanış olublar. Sonra  yubiley tədbirini giriş sözü ilə açan liseyin müdiri Murat Kadifeci, şairin mənalı həyatı və şeirləri, eləcədə ictimai fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra Yazıçılar Birliyinin üzvləri və Lənkəran Dövlət Universitetinin müəllim heyəti çıxış edərək yubileyar haqqında xoş söz söyləyiblər. Tədbirdə şairin müxtəlif səpkili şeirləri səslənib. Şair Lənkəran Özəl Türk Liseyində yubileyini keçirdiklərinə görə lisey rəhbərliyinə və müəllim kollektivinə dərin minnətdarlığını bildirib və Liseydə müəllim işlədiyi dövrlərdən xoş xatirələr danışıb. Tədbirin sonunda şair Mirhaşım Talışlıya 85 illik yubileyi münasibəti ilə fəxri fərman təqdim olunub.

  www.cag.edu.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF