Türkiyənin Azərbaycandakı səfirinin müşaviri və “Zaman” qəzetinin baş direktoru liseydə

Aprelin 26-da Türkiyənin Azərbaycandakı səfirinin mətbuat müşaviri Yavuz Maraş, “Zaman” qəzetinin baş direktoru Süleyman Ünal və qəzetin bir qrup yazarı Quba Özəl Türk Liseyində olublar. Liseyin müdiri M. Alagözoğlu qonaqlara rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyəti təhsildə əldə etdikləri uğurları barədə ətraflı məlumat veriblər. Şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmaqlarından dünyanın ən məşhur universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Bu tədris ilini də uğurla başa vuracaqlarını bildirib. Bunun üçün liseydə lazımi şəraitin hazırlandığını deyib.
Sonra qonaqlar liseyin sinif otaqları, laboratoriyaları, kitabxanası, şagirdlərin sosial şəraiti və liseyin tarixini əks etdirən muzeylə tanış olublar. Burada məktəblilər üçün hazırlanmış tədris şəraitindən və şagirdlərin təhsildə əldə etdikləri uğurlardan məmnun olduqlarını bildiriblər və liseyin pedaqoji kollektivinə və şagirdlərinə təhsildə uğurlar arzulayıblar. 

http://www.cag.edu.az/haber.php?id=273

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde