Şirvanda V Biologiya Təcrübə Yarışı keçirilib

Şirvan Özəl Türk Liseyində, biologiya fənnindən təcrübə yarış-sərgisi keçirib. Yarış-sərgidə Azərbaycan-Türkiyə Özəl Liseylərinin 9 liseydən 17 şagird bilik və bacarıqlarını nümayiş etdiriblər. Əsas məqsədi şagirdlərin dərslərdə qazandıqları biliklərin bacarıq və vərdişlərə çevrilməsinə, onları praktik bacarıqlara hazırlamaqdan ibarət olan yarışda liseylərin 7-9-cu sinif şagirdləri iştirak ediblər.  Əsasən insan sağlamlığının qorunmasına diqqəti yönəltməyə çalıçan yarış iştirakçıları sərgini ziyarət edənlərin qan təzyiqinin yoxlamaq, qan qrupunun müəyyən etməklə bərabər ən müasir mikroskopların köməyi ilə özlərinin müəyəyn nəticələr əldə etmək bacarıqlarını nümayiş etdiriblər.
 Sərgidə Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının muavini Elmira Ağayeva, şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev və bir sıra orta məktəb rəhbərləri, müəllimlər şəhər ictimaiyyətının nümayəndələri iştirak ediblər. Yarış-sərgisini ziyarət edənlər yarışın əhəmiyyətli və maraqlı keçdiyini xüsusi qeyd ediblər. Yarışda şagirdlərin iştiraklndan razı qaldıqlarını bildirdilər. Bilik yarışının münsiflər heyətinin rəyinə görə ən yüksək mükafata I yerə Şəki Azərbaycan-Türkiyə Özəl Liseyi və Quba  Özəl Türk Liseyi layiq görülüb. II yeri Gence-Azərbaycan Türkiyə Özəl Liseyi, Lənkəran, Şirvan Özəl Türk Liseyləri, III yeri isə Bakıdakı “Dədə Qorqud,”  Ağdaş , Sumqayıt və Mingəçevir Özəl Türk Liseylərinin şagirdləri tutublar. Yarışın sonunda qaliblər medal və sertifikatlarla müxtəlif  hədiyyələrlə mükafatlandırılıblar.


www.cag.edu.az 

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde