Bank Respublika kadr seçimi imtahanı keçirdi

Aprelin 29-da Qafqaz Universitetində “Bank Respublika”nın nümayəndələri imtahandan əvvəl iştirakçılara bankın inkişaf tarixi və xidmətləri haqında geniş məlumat verdilər. Sonra isə Qafqaz Universitetində Maliyyə, Dünya iqtisadiyyatı, Menecment, Biznesin idarəedilməsi, MBA-Maliyyə, MBA-Biznesin idarə edilməsi ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri və  magistrlarının bacarıqlarını test imtahanı yoxladılar. İmtahan nəticələri qənaətbəxş olan iştirakçılar növbəti mərhələdə “Bank Respublika”nın baş ofisinə ilkin müsahibəyə dəvət ediləcəklər.
Qeyd edim ki, “Bank Respublika”nın nümayəndələri filialların kadr potensialının təmini üçün reigonlardan olan tələbə və ya məzunlara da xüsusi əhəmiyyət verdilər.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF