Fənn olimpiadaları qalibləri mükafatlandırıldı
Mayın 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyində IX-XI sinif şagirdləri arasında keçirilmiş fənn olimpiadaları qaliblərinin mükafatlandırılmasına həsr olunmuş mərasim keçirilib. Mərasimdə Azərbaycan Təhsil Naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Əsədova, millət vəkilləri, “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz, fənn olimpiadalarında qalib olmuş liseylərin müdirləri eləcədə ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak ediblər. Mükafatlandırma mərasimində Təhsil Naziri bildirilib ki, fənn olimpiadalarının keçirilməsi istedadlı şagirdlərin aşkara çıxarılmasında xüsusi əhəmiyyət kəsb etməklə bərabər, məktəblilər arasında sağlam rəqabətin yaranmasına, keyfiyyətli təhsil almağa marağın güclənməsinə geniş imkanlar açır. Məktəblilərin fənn olimpiadaları mövcud qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil olunur. 2010-2011-ci dərs ilində olimpiadaların I rayon (şəhər) mərhələsi 2010-cu ilin dekabrında, II rayon(şəhər) mərhələsi 2011-ci ilin yanvarında, respublika mərhələsi isə 2011-ci ilin mart ayında keçirilib. Ötən illərdə olduğu kimi bu ildə “Çağ” Öyrətim İşlətmələri Azərbaycan Türkiyə Özəl Liseylərinin şagirdləri daha yaxşı nəticə göstəriblər. Belə ki, ATÖL-nin şagirdləri 7 fənn üzrə I yer tutmuş 30 nəfərdən 11-i (37%) bu liseylərin şagirdləridir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib ki, I yer tutmuş XI sinif şagirdlərinə yeni çap edilmiş “Abituriyent” jurnalının I-II sayları hədiyyə ediləcək. I yerə layiq görülən X sinif şagirdləri jurnala bir illik abunə olacaqlar. Birincilik qazanmış IX sinif şagirdlərinə isə qəbul imtahanlarına hazırlaşdıqları fənlər üzrə test kitabçaları və topluları veriləcək.
Sonda qalib şagirdlərə mükafatlar təqdim olunub.
www.cag.edu.az