Azercell şirkətində yay təcrübə proqramı

Azercell-də təcrübə proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə, və gələcəkdə burada karyera qurmağa imkanlar yaradır.
Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr və məzunlar Azercell şirkətində 2 (iki) ay müddətində təcrübə keçərək müvafiq aylıq əmək haqqı da alacaqlar.

Təcrübə proqramı üzrə müraciət

Programda son iki kursunun tələbələri və 2010-cu ilin məzunları iştrak edə bilərlər.
Təcrübə proqramı üzrə müraciət etmək üçün:
  1. müvafiq təcrübə sahəsini seçin;
  2. elektron müraciət ərizəsini doldurun;
  3. müraciət formasının qeyd olunan qrafalarına aşağıdakı sənədlərin skan versiyasını PDF formatında yükləyin:
    • tələbə bileti (2010 ci ilin məzunları diplomum sürətini və qiymət vərəqəsini təqdim etməlidilər);
    • fakultə dekanının təsdiqlədiyi qiymət kitabçası (tələbələr üçün);
    • təhsildənkənar əldə edilən diplomlar, nailiyyətlər və ya sertifikatlar (əgər varsa);
  4. “İnşanızı burada yazın” qrafasında sıradakı mövzuların birində İngilis dilində inşa yazın;
    • “Ən çox bəyəndiyim 3 tanınmış ticarət markası. Niyə onları bəyənirəm? ”
    • “Mən Azercelldə bu xidməti yaradardım…”
Aşağda qeyd edilən sahələrdə təhsil alan tələbələrə və ya məzunlara üstünlük veriləcəkdir:

Bakı Dövlət Universiteti

  • Mexanika - riyaziyyat
  • Tətbigi riyaziyyat və kibernetika
  • Fizika

Azərbaycan Dövlət Neft Akademiyası

  • İstehsal proseslərinin avtomatlaşdırılması
  • İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və meneçment
  • MBA

Azərbaycan Texniki Universiteti

  • Avtomatika və Kompüter Texnikası
  • Radiotexnika və Rabitə

Azərbaycan Dövlət İqtisad Universiteti

  • Maliyyə
  • Beynəlxalq iqtisadi münasibətlər
  • Xüsusi İstedadlar Qrupu
  • İnformatika və idarəetmə
  • Biznes İnzibatçılığı
  • Texnlogiya və Dizayn
  • Kommersiya
  • MBA

Qafqaz Universiteti

  • Kompüter mühəndisliyi
  • Kompüter sistem və şəbəkələri
  • Beynəlxalq İqtisadi Əlaqələr
  • Biznes İnzibatçılığı
  • MBA
  • Digər ölkələrin ali məktəblərinin tələbələri

Təcrübə proqramı üzrə seçim prosesi

İlk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaqdır.
Qeyd:
  • Təcrübə proqramına müraciət müddəti 15 May 2011 il.
  • Bir tələbə və ya məzun eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilər.
  • Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.
  • Müraciət ərizəsinə tələb olunan sənədlərin skan versiyası əlavə edilməsə və ya inşa yazılmazsa , müraciətlər nəzərə alınmayacaq.
  • Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təcrübə sahəsini seçmək üçün vakansiyalar bölümünə müraciət edin
Əlavə məlumat üçün internship@azercell.com e-mail ünvanına və 496 70 07 telefonla müraciət edə bilərsiniz.
http://www.azercell.com/career/students/summer_internship/

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF