Qafqaz universitetində növbəti aylıq seminar keçirilib

Qafqaz Universitetində dünən növbəti aylıq seminar keçirilib. Aylıq seminarın budəfəki qonağı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura olub. İlk olaraq çıxış edən universitetin rektoru Ahmet Saniç rəhbərlik etdiyi təhsil ocağı barədə qonağa məlumat verib. Universitetdə təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb. Daha sonra isə Fikrət Akçuranın “BMT-nin strukturu, fəaliyyət sahələri və Azərbaycandakı proqramları haqqında ümumi məlumat” mövzusunda məruzəsi dinlənilib. Rezident əlaqələndirici BMT-nin tarixindən, strukturundan söz açıb. Onun sözlərinə görə, təşkilatın ümumi büdcəsi 2 milyard dollardır. Ümumilikdə dünya üzrə BMT-də 50 mindən artıq insan çalışır. Azərbaycandakı BMT işçilərinin sayı, 34 Türkiyədə isə 102-ə bərabərdir. Azərbaycanla BMT arasında qurulmuş əlaqələrə də toxunan F.Akçura bu münasibətlərin 1992-ci ildən qurulduğunu söyləyib. Onun sözlərinə görə, BMT-nin Bakı nümayəndəliyi də məhz bu ildən fəaliyyət göstərir. BMT Azərbaycan nümayəndəliyi Azərbaycan hökuməti və vətəndaş cəmiyyətinin digər üzvləri ilə birlikdə müxtəlif sahələrdə çoxsaylı proqramlar reallaşdırıb. Bu proqramlardan bəziləri indi də uğurla həyata keçirilməkdədir. Qonaq onu da vurğuladı ki, BMT-nin üzv dövlətlərdə reallaşdırdığı proqramlarda təhsil sahəsinə xüsusi diqqət yetirilir. Hər bir ölkədə təhsilin səviyyəsinin yüksəldilməsinə, təhsil almaq imkanı olmayan insanlara bu imkanın yaradılmasına çalışılır. Sonda qonağa Qafqaz Universitetinin xüsusi plaketi təqdim edildi.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=29836

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF