Qafqaz Universitetində məşğulluq tədbiri təşkil olunub

Bu gün Qafqaz Universitetində məzun və tələbələrin əmək bazarına inteqrasiyası  məqsədilə “karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri təşkil olunub. Qafqaz Universitetinin rektoru Ahmet Saniç və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin iştirakı iıə keçirilən tədbirdə 27-i dövlət,  62-sı  özəl sektor olmaqla 89 müəssisə tərəfindən 813 boş iş yeri təqdim olunub.
Tədbirin gedişində işaxtaran tələbə və məzunların sosial adaptasiyası üçün məsləhət otağı təşkil edilib. Məsləhət otağının köməyi ilə onlara işaxtarmağın metodologiyası aşılanıb, onlara özünü təqdimat, müsahibəyə hazlrlaşmaq, xülasə hazırlamaq və s. barədə məsləhətlər, mövcud əmək bazarı haqqına məlumatlar verilib.
Qeyd edək ki, növbəti belə tədbir mayın 20 Gəncə şəhərində yerləşən Aqrar Universitetində, həmçinin mayın 27-ı Bakıda Azərbaycan Əmək və Sosial münasibətlər Akademiyasında reallaşacaq.
Xatırladaq ki, 2007-2010- cu illərdə ölkənin bir sıra  yerlərində keçirilən yarmarkalarda 1432 müəssisə 8467 boş iş yeri ilə iştirak edib və nəticədə 1440 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub. 
www.qu.edu.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF