“Mesenat” yenidən səhnədə
Dramaturq Əli Əmirlinin unudulmaz xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyevin ailə dramından bəhs edən “Mesenat” adlı əsəri uzun sürən fasilədən sonra Akademik Milli Dram Teatrının repertuarında bərpa olunub.
SİA-nın məlumatına görə, 2005-ci ildə əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnələşdirilən bu əsərdə baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Şükufə Yusupova, Firəngiz Mütəllimova, İlham Əsgərov, əməkdar artistlər Sənubər İskəndərli, Mehriban Xanlarova, Kazım Abdullayev, Vəfa Rzayeva və teatrın digər aktyorları oynayırlar.
Bir qayda olaraq “Mesenat”ın anşlaqla keçən tamaşaları bu dəfə də tamaşaçıların hərarətli alqışları ilə qarşılanıb. “Mesenat”ın növbəti nümayişi mayın 14-ü və 26-da baş tutacaq.
Onu da deyək ki, “Mesenat” əsəri “Qafqaz” Universiteti yanında fəaliyyət göstərən Teatr studiyasının həvəskar aktyorlarının ifasında da tamaşaya hazırlanıb.
Tələbə aktyorlar xalqımızın yaddaşında xeyirxah əməlləri ilə dərin izlər buraxan Hacının ibrətamiz tale dramını ölkəmizin bir sıra şəhərlərində və Türkiyədə də göstərmək niyyətindədirlər.
İlk tamaşa mayın 12-də Dövlət Gənc Tamaşaçılar Teatrında baş tutub. Anşlaqla keçən tamaşanı teatrsevərlər uzun sürən alqışlarla qarşılayıblar. Sonda Universitetin rektoru professor Ahmet Saniç həvəskar aktyorları hərarətlə təbrik edib. Əsərin müəllifi Ə.Əmirli tamaşanın hazırlanmasında zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib.
Tamaşanın quruluşçu rejissoru sənətşünaslıq namizədi Zəminə Axundova, prodüseri Nəcəf Ələskərovdur. Yeri gəlmişkən, bu tamaşa rejissorun və Teatr studiyasının Əli Əmirli yaradıcılığına ikinci müraciətidir. 2010-cu ildə dramaturqun “Ağqoyunlular və Qaraqoyunlular” dramı əsasında hazırlanan tamaşa Şamaxı, Sumqayıt və Xırdalan şəhərlərində göstərilib.
http://www.sia.az/index.php?action=static_detail&static_id=83143