Mərkəzi Bank internatura proqramını elan etdi.
05 May, 2011
Mərkəzi Bankın nümayəndələri Fuad Qəmbərov və Vəfa Hüseynli Qafqaz Universitetində sonuncu kurs tələbələri və magistrlarla görüş keçirdilər. Görüşdə Mərkəzi Bankın tələbələri iqtisadi biliklərinin artırılması və peşəkar bacarıqlarının inkişafı məqsədilə həyata keçirdiyi internatura proqramının məqsədi, fəaliyyət istiqamətləri və əhatə etdiyi ixtisaslar haqqında geniş məlumat verildi.Proqramın müddəti istiqamətindən asılı olaraq 1 aydan 3 aya qədər davam edəcəkdir.
Proqramda iştirak etmək istəyən tələbə və magistrlar 6 may 20011 tarixindən 3 iyun 2011 tarixinə kimi müraciət anketlərini dolduraraq internship@cbar.az elektron poçtuna göndərməlidirlər.
http://qu.edu.az/view_news.php?news=716&link=49&lang=azProqram haqqında daha geniş məlumatı isə Mərkəzi Bankın internet səhifəsindən www.cbar.az əldə etmək olar.