“Qafqaz”ın “Mesenat”ı maraqla qarşılanıb

Srağagün Dövlət Gənc Tamaşaçılar Teatrında Qafqaz Universitetinin nəzdində fəaliyyət göstərən Teatr studiyasının həvəskar aktyorlarının ifasında “Mesenat” tamaşası nümayiş olunub. Sənətşünas Zəminə Axundovanın quruluş verdiyi bu tamaşanı teatrsevərlər alqışlarla qarşılayıblar. Uğurlu çıxışa görə universitetin rektoru, professor Ahmet Saniç həvəskar aktyorları təbrik edib. Əsərin müəllifi Əli Əmirli tamaşanın hazırlanmasında zəhməti olan hər bir kəsə təşəkkürünü bildirib. Tələbə aktyorlar xalqımızın yaddaşında xeyirxah əməlləri ilə dərin izlər buraxmış  Hacı Zeynalabdin Tağıyevin ibrətamiz tale dramını ölkəmizin bir sıra bölgələrində və Türkiyədə də göstərmək niyyətindədirlər.
Qeyd edək ki, bu, Teatr studiyasının Əli Əmirli yaradıcılığına ikinci müraciətidir. 2010-cu ildə dramaturqun “Ağqoyunlular və Qaraqoyunlular” dramı əsasında hazırlanan tamaşa Şamaxı, Sumqayıt və Xırdalan şəhərlərində göstərilib. 
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır