BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Qafqaz Universitetində olmuşdur
12 May, 2011
Bakı, 12 may (AzərTAc). Mayın 12-də BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçura Qafqaz Universitetində olmuşdur. Görüşdə universitetin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən danışmışdır.
Fikrət Akçura BMT-nin strukturu, fəaliyyət sahələri və proqramları barədə ətraflı məlumat vermişdir. Müasir dünyada gedən siyasi proseslərdən bəhs edən F.Akçura BMT-nin dünyada sülhün, əmin-amanlığın qorunub saxlanılmasına böyük önəm verdiyini vurğulamışdır. Qeyd etmişdir ki, bu beynəlxalq təşkilat hər hansı ölkələr arasında yaranan bu və ya digər problemləri dialoqlar vasitəsilə ədalətli şəkildə həll olunmasına çalışır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq təmsil etdiyi qurumun bu problemin sülh yolu ilə həllinə üstünlük verdiyini bildirmişdir.
F.Akçura BMT-nin təhsilin inkişafına böyük maraq göstərdiyini qeyd edərək, insan inkişafı ilə bağlı kurslar təşkil etdiyini də diqqətə çatdırmışdır.
Sonra qonaq sualları cavablandırmışdır.
http://www.azertag.gov.az/index_az.jsp?id=5833&date=2011-05-12