Şagirdlər bir daha Beynəlxalq elm olimpiadasından medallar qazanıblar

Mayın 4-8 də Rumıniyanın İaşi şəhərində 28-ci Beynəlxalq Balkan Riyaziyyat olimpiadası keçirilib. Həmişə olduğu kimi bu ildə “Çağ” Öyrətim İşlətmələri Azərbaycan Türkiyə Özəl liseylərinin şagirdləri də biliklərini sınayıblar. Bu bu mötəbər olimpiadada İngiltərə, Fransa, İtaliya, İndoneziya, Türkiyə, Bolqariya, Serbiya kimi dünyanın 20 müxtəlif ölkəsindən 120 şagird iştirak edib. Şagirdlər bu olimpiadada uğurla iştirak edərək Vətənə medallarla qayıdıblar. Belə ki, Sumqayıt Özəl Türk Liseyinin11-ci sinif  şagirdi Elşad Mustafayev    gümüş medal, Mingəçevir Özəl Türk Liseyinin11-ci sinif şagirdi Naib Bağırov, Lənkəran Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Mirağa Qafarzadə, Bakı Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Şahin Hüseynli və 11-ci sinif şagirdi Altun Şükürlü bürünc medallar qazanıblar. Beləliklə məktəblilər 1gümüş və 4 bürünc medal olmaqla ümumilikdə 5 medal əldə edərək olimpiadanı uğurla başa vurublar. Xatırladaq ki, qalib şagirdlər mart ayında keçirilmiş respublika fənnn olimpiadalarının qalibləridir. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF