Qafqaz Universiteti Anarı “İlin yazıçısı” seçdi

 “Qafqaz Universiteti ilin adamlarını seçir” layihəsi çərçivəsində “İlin yazıçısı” nominasiyasına Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rza layiq görülüb. Bu münasibətlə Qafqaz Universitetində təşkil olunan tədbirdə Anara ilin yazıçısı plaketi və təltif sertifikatı təqdim olunub. 
 Tədbirdə professor Akif Hüseynli yazıçının həyat və yaradıclığı barəsində iştirakçılara məlumat verərək deyib: “Anar müəllim öz yaradıcılığı ilə gəncliyin obrazını yaratdı. Ona görə bu gün bütün nəslin nümayəndələri onun əsərlərini sevərək oxuyur”. “Qafqaz”ın rektoru Ahmet Saniç isə: “Hər kəs yazıçı ola bilməz, çünki yazıçı bir çox adamların görə bilmədiklərini görür və onu ictimaiyyətə çatdırır. Anar müəllim məhz belə yazıçılardandır o, dövrün tələblərinə uyğun əsərlər yazır”, - deyə vurğulayıb. Daha sonra xalq yazıçısı Anara söz verilib. Yazıçı bu təhsil ocağı ilə bağlı təəssüratlarını bu sözlərlə bildirib: “Bu universitetə gələndə mən çox sevinirəm, buranın ümumi təbiəti, insanların işıqlı sifəti insana xoş təəssürat bağışlayır. İmkan olsa idi, mən də gəlib bu universitetdə tələbə olardım”. O, “İlin yazıçısı” seçildiyinə görə “Qafqaz”a minnətdarlığını bildirib.
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF