İşaxtaranlar yenidən “Qafqaz”a üz tutdular

Dünən Qafqaz Universitetində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti əmək yarmarkası keçirilib. Qafqaz Universitetinin rektoru Ahmet Saniç və Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin iştirakı ilə keçirilən tədbirdə 27-si dövlət,  62-sı  özəl sektor olmaqla, 89 müəssisə tərəfindən 813 boş iş yeri təqdim olunub. Tədbirin gedişində işaxtaran tələbə və məzunların sosial adaptasiyası üçün məsləhət otağı təşkil edilib. Məsləhət otağının köməyi ilə onlara iş axtarmağın metodologiyası aşılanıb, onlara özünü təqdimat, müsahibəyə hazırlaşmaq, xülasə hazırlamaq və s. barədə məsləhətlər, mövcud əmək bazarı haqqında məlumatlar verilib. Təşkilatçıların verdikləri məlumata görə, 2007-2010-cu illərdə keçirilən yarmarkalarda 1 432 müəssisə 8 min 467 boş iş yeri ilə iştirak edib və nəticədə 1 440 nəfər məzun və tələbə münasib işlərlə təmin olunub. Məlumat üçün bildirək ki, ölkənin aparıcı şirkətlərinin iştirak etdiyi əmək yarmarkasında “Zaman-Azərbaycan” qəzeti də öz stendi ilə təmsil olunub.
www.zaman.az

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF