Qafqaz Universitetində BP-nin dəstəyi ilə yeni laboratoriyalar yaradılıb
04:51 / 26.05.2011
Dünən Qafqaz Universitetində kimya mühəndisliyi laboratoriyalarının açılış mərasimi keçirilib. laboratoriyalar BP-Azərbaycan şirkətinin Qafqaz Universiteti ilə birgə layihəsi çərçivəsində yaradılıb. Tədbirdə çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç xatırladıb ki, laboratoriyaların yaradılması üçün BP-Azərbaycan şirkəti ilə 2009-cu ildə Anlaşma Memorandumu imzalanıb. Həmin vaxtdan bəri müvafiq işlər görülüb və alman mütəxəssisləri tərəfindən müasir tələblərə cavab verən müxtəlif xarakterli laboratoriyalar yaradılıb.
Onun sözlərinə görə, bütün laboratoriyalar ən müasir avadanlıqlarla təchiz edilib. A.Saniç bildirib ki, kimya laboratoriyaları Azərbaycanın iqtisadi inkişafına dəstək verəcək çox böyük bir sərmayədir. Onun sözlərinə görə, laboratoriyalar neft və qaz, boya, kimya, plastmas, ərzaq, əczaçılıq və digər emal sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını təmin edəcək. A.Saniç bildirib ki, qurulan laboratoriyalarda istifadə edilən avadanlıqlar Almaniyanın “Gunt” və “Prolab” firmalarının məhsuludur. Rektor sənaye ilə təhsilin əlaqələrinin yaradılması və bu birliyin inkişaf etdirilməsinin də zəruriliyini önə çəkib.
BP-Azərbaycan şirkətinin vitse-prezidenti Seymur Xəlilov isə bildirib ki, sözügedən laboratoriyalarda artıq 29 tələbə çalışır ki, onun da 3-ü prezident təqaüdçüsüdür. Təmsil olunduğu şirkətin fəaliyyəti ilə bağlı məlumat verən S.Xəlilov qeyd edib ki, əsas məqsədlərinin bir də Azərbaycanın davamlı inkişafına öz töhfələrini verməkdir. O, təhsillə sənayenin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün səylərin artırılmasının zəruriliyinə də toxunub.
Gələcəkdə universitetdə neft-qaz mühəndisliyi və mexanika mühəndisliyi fakültələrinin yaradılması da planlaşdırılır. Seymur Xəlilov deyib ki, yeni açılan bu müəssisələr ümumi kimya, analitik kimya, üzvi kimya, kimya mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış və tam təchiz edilmiş tam laboratoriyalardır. Layihənin ümumi dəyəri 2 milyon 240 min dollardır. Vəsaitin 1 milyon 150 min dollarını bp, qalan hissəsini isə universitet təmin edib. Laboratoriyalar tələbələrin ölkə daxilində beynəlxalq standartlar səviyyəsində təhsil almasın şərait yaradacaq.
Təhsil nazirinin müavini Elmar Qasımov isə açıqlayıb ki, BP-Azərbaycan şirkəti Qafqaz Universitetində belə bir laboratoriyaların yaradılması üçün 1,2 mln. manat vəsait ayırıb. Nazir müavini hesab edir ki, Qafqaz Universitetində bu laboratoriyaların qurulması kimya mühəndisliyinin yüksək səviyyədə inkişafında böyük rol oynayacaq.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, millət vəkili Fəttah Heydərov və digərləri mövzu ilə bağlı fikirlərini söyləyiblər.
S.QARAYEVA
http://www.525.az/view.php?lang=az&menu=19&id=30470