Qafqaz Universiteti Anarı ilin yazıçısı seçib

"Qafqaz Universiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin sədri Anar layiq görülüb. Dünən Qafqaz Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara sözügedən mükafatın təqdimetmə mərasimi keçirilib. Tədbirdə çıxış edən Qafqaz Universitetinin ədəbiyyat bölümünün kafedra müdiri Akif Hüseynli bildirib ki, mayın 10-da universitetin təşkilatçılığı ilə ali təhsil müəssisəsinin şəhərciyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan 3-cü Gənclik Şənliyi keçirilib. Tədbir çərçivəsində "Qafqaz Universiteti ilin adamlarını seçir" layihəsi çərçivəsində ilin yazıçısı adına Azərbaycan Yazıçılar Birliyinin sədri Anar layiq görülüb. Anarın yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verən A.Hüseynli bildirib ki, Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb, ilk qələm təcrübələrini 1952-ci ildə Şuşada edib: "1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir. 1964-cü ildən Yazıçılar İttifaqının, habelə Kinematoqrafçılar, Jurnalistlər və Teatr Xadimləri İttifaqlarının üzvüdür. Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır". Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanic vurğulayıb ki, bir sıra xarici ölkələrdə Anarın 10-larla müsahibəsi, Anar və onun əsərləri haqqında yüzlərlə məqalələr, resenziyalar çıxıb. A.Sanic vurğulayıb ki, prezident İlham Əliyevin Anarı "Heydər Əliyev" mükafatı ilə təltif etməsi hər kəs tərəfindən böyük sevinclə qarşılanıb. Tədbirdə çıxış edən xalq yazıçısı Anar isə bildirib ki, o, artıq bir neçə dəfə Qafqaz Universitetində olub: "Mən bu universiteti onun tədbir sistemini çox bəyənirəm. Məni ilin yazıçısı adına layiq gördükləri üçün Qafqaz Universitetinin tələbələrinə öz minnətdarlığımı bildirirəm. Bu mükafatdan sonra Türkiyə-Azərbaycan ədəbi əlaqələrinin inkişafı üçün var gücümlə çalışacağam". Sonra A.Sanic Anara "İlin yazıçısı" mükafatını təqdim edib.Bəhruz

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır