Məhkəmə sədri ilə görüş

Bakıdakı “Dədə Qorqud” Özəl Türk Liseyinin müdiri Turan Güneri Bakı Şəhər Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovla görüşüb. Görüş zamanı T. Güneri  liseyin fəaliyyəti dövründə əldə olunan nailiyyətləri barədə ətraflı məlumat verib. Şagirdlərinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi ali məktəblərə qəbul zamanı yüksək bal toplamalarından, Respublika və Beynəlxalq Fənn Olimpiadalarında qızıl, gümüş və bürünc medallar qazanmaqlarından dünyanın ən məşhur universitetlərində təhsillərini davam etdirmələrindən danışıb. Məhkəmə sədri bu göstəricilərinə görə liseyin fəaliyyətindən məmnunluq hissi keçirdiyini deyib. Liseyin pedaqoji və şagird kollektivinə təhsildə nailiyyətlər diləyib.
WWW.CAG.EDU.AZ

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde