Məktəblilər Gürcüstandan Azərbaycana 6 medal gətirdilər

Mayın 13-15 də Gürcüstanın paytaxtı Tiflis şəhərində IV Beynəlxalq Gənc İcad edənlər Layihə Olimpiadası (IYİPO-2011)keçirilib. Dünyanın 30 ölkəsindən 154 şagirdin iştirak etdiyi olimpiadada uğurla iştirak edən Sumqayıt Özəl Türk Liseyinin 10-cu sinif şagirdi Səməd Əhmədov qızıl, Gəncə Azərbaycan-Türkiyə Özəl Liseyinin 9-cu sinif şagirdi Movlan Əhmədov gümüş, Ağdaş Özəl Türk Liseyinin 9-cu sinif şagirdləri İftixar Hüseynov və Firuddin Davudzadə gümüş, “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasının 9-cu sinif şagirdləri Aslan Mənsurov  və  Azər Əsgərov bürünc medallar qazanıblar.

 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF