FHN-nin əməkdaşları şagirdlərlə görüşüb

Mayın 18-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Regional mərkəzinin əməkdaşları Lənkəran Özəl Türk Liseyinin şagirdləri ilə görüş keçiriblər. Görüşdə FHN-nin əməkdaşları lisey şagirdlərinə fövqəladə hallarda davranmağın qaydaları belə vəziyyətlərdə xilas olmağın yolları barədə məlumat veriblər. Sonra adı çəkilən nazirliyin xilasetmə qrupu lisey şagirdlərinə əyani olaraq insanlara göstərilən yardımın qaydalarını və vərdişlərini məktəb həyətində göstəriblər. Maraqlı keçən görüşdə FHN-nin Lənkəran regional mərkəzinin rəis muavini Zaur Hüseynov şagirdləri düşündürən çoxsaylı sualları cavablandırıb. Görüşün sonunda Lənkəran Özəl Türk Liseyinin müdiri Murat Kadifeci qonaqlara liseyin müəllim heyəti və şagird kollektivi adından minnətdarlığını bildirib.

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF