Seyid Yəhya Şirvani ilə bağlı seminarlara start verildi
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək
İctimai Birliyi 2013-cü il aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji
Universitetində Seyid Yəhya Şirvani Bakuviyə həsr olunmuş mədəni irs
seminarı keçirdi.
Məlum olduğu kimi, islamda xəlvətilik sufi məktəbinin
qurucularından sayılan Seyid Yəhya Şirvaninin ölümündən 550 il keçir.
Bununla bağlı olaraq, YUNESKO 2013-cü ili Seyid Yəhya ili elan edib.
MİRAS İctimai Birliyi də bu il çərçivəsində silsilə tədbirlər
keçirməyi planlaşdırır. Azərbaycan Dövlət Pedaqoji İniversitetində
keçirilən seminar da bu qəbildən olan ilk tədbir idi.
Tədbiri universitetin elmi işlər üzrə prorektoru, professor Vilayət
Əliyev açaraq MİRAS İctimai Birliyinin mədəni irsin öyrənilməsi və
təbliği sahəsindəki fəaliyyətini yüksək qiymətləndirdi.
MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Seyid
Yəhya Şirvani haqqında tədbir iştirakçılarına məlumat verdi və seminarın
məqsədindən danışdı.
Daha sonra Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutunun
direktoru, Seyid Yəhya irsinin tədqiqatçısı, dosent, Mehmet Rıhtım
“Seyid Yəhya Şirvani Bakuvi. Könül dünyamızı aydınladanlar” mövzusunda
geniş məruzə ilə çıxış etdi.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru,
akademik Vəli Əliyev, Qafqaz Universitetinin professoru Minəxanım
Niriyeva Təkləli, universitetin müəllimləri, tələbələr, MİRAS üzvləri,
KİV təmsilçiləri və başqa qonaqlar iştirak edirdilər.