Dünya kimyaçıları Bakıya toplaşdılar
“Gülüstan” sarayında Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Qafqaz Universitetinin
birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik
yubileyinə həsr olunmuş “Kimya və kimya texnologiyalarının aktual
problemləri” mövzusunda 1-ci Beynəlxalq konfransı keçirilib.
Tədbirdə Milli Məclisin deputatları və yerli mütəxəssislərlə yanaşı, ABŞ, Kanada, Türkiyə, Rusiya, Norveç, İsveçrə, İngiltərə, Gürcüstan, Almaniya və digər ölkələrdən neft-kimya mütəxəssisləri də iştirak ediblər. Elmi tədbirə 13 ölkədən 80-dən çox alim və kimya sənayesi üzrə ixtisaslaşmış mütəxəssis qatılıblar.
Qeyd olunub ki, konfrans müxtəlif ölkələrin alimlərini kimya texnologiyaları mövzusu ətrafında birləşdirəcək və elmi nailiyyətlərin əldə olunmasına əhəmiyyətli köməklik göstərəcək.
Konfrans öz işini aprelin 20-dək Qafqaz Universitetində, “Azərikimya” İstehsalat Birliyində və Azərbaycan Dövlət Neft Akademiyasında davam etdirəcək.
http://big.az/index.php?sid=133817