I Beynəlxalq Kimya və kimya mühəndisliyi konfransı işini başa çatdırmışdır

 
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Kimya və Kimya texnologiyalarının aktual problemləri” mövzusunda 1-ci Beynəlxalq Konfrans öz işini uğurla başa çatdırmışdır. ARDNŞ və Qafqaz Universitetinin təşkilatçılığı və dəstəyi ilə baş tutmuş konfransda dünyanın kimya və kimya texnologiyaları sahəsində aparıcı mövqe tutan 13 ölkədən, o cümlədən ABŞ, Kanada, Rusiya, İngiltərə, Almaniya, Türkiyə, İran, Gürcüstan və digər xarici ölkələrdən 80-dən artıq görkəmli elm adamları, şirkət və firmaların nümayəndələri iştirak etmişlər. 
Konfransın keçirilməsində əsas məqsəd dünyanın bir çox ölkələrinin neft-kimya sahəsində çalışan nüfuzlu elm xadimlərinın və istehsalat rəhbərlərinin daha sıx və səmərəli elmi əməkdaşlığının təmin edilməsi, neft-kimya sənayesinin perspektivləri, yeni layihələrin reallaşdırılması kimi aktual məsələlər ətrafında müzakirələrin aparılması olmuşdur. 
Dörd gün davam edən konfransın plenar iclaslarında elmi və praktik kimyanın ak-tual sahələri üzrə Azərbaycan və xarici ölkələrin kimya və neft-kimyası sahəsində nüfuz sahibi olan alimlərin, o cümlədən Qafqaz Universitetinin, «Azərikimya» İstehsalat Birliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun, Bakı Ali Neft Məktəbinin, «Petkim Petrokimya Holding» A.Ş.-nin, Bakı Dövlət Universitetinin, Türkiyənin Atatürk və Yıldız Texniki Universitetlərinin əməkdaşlarının 70-ə qədər məruzəsi maraqla dinlənilmiş, fiziki və analitik kimyanın mühüm problemləri, müasir elmi-tədqiqatlar, ekoloji təmiz, zərərsiz kimyəvi-innovativ texnologiyalar və s. məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Konfransın plenar yığıncaqlarında Neft-kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, Qafqaz Universitetinin rektoru professor Ahmet Sanıç, “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və başqaları çıxış etmiş, müasir kimya qarşısında duran mühüm məsələlərlə bağlı fikir və mülahizələrini bildirmişlər. 

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır