Azərbaycanda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası keçirilir
Bu gün Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) başlayıb.
APA-nın xəbərinə görə, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Çağ Öyrətim” İşlətmələri Şirkəti və “İnepo-Avrasiya” Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Olimpiadanın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov və digər şəxslər iştirak edirlər. Olimpiadanın keçirilməsində Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirməkdir.
Açılış mərasimində Leyla Əliyeva çıxış edib. Çıxışının sonunda ona Məktəblilərin Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının təşkilat komitəsinin idarə heyəti adından xüsusi mükafat verilib.
Qeyd edək ki, bu il VII “İnepo Avrasiya” Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. 2013-cü ildə Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-i növbəti mərhələyə keçib.
http://news.lent.az/news/120798