Qafqaz Universitetində "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" keçirilir
Sonra tədbirdə Təhsil nazirinin müavini Qulu Novruzov, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Yazıçılar Birliyinin sədri Anar Rzayev və başqaları çıxış edərək ölməz şair, türk dünyasının sevilən şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığından, zəngin irsindən danışdılar, onun gələcək nəsillərə layiqincə ötürülməsini xüsusi vurğuladılar.
Qeyd edək ki, "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu"nda türk dünyasının görkəmli intellektual yazıçılarından biri olan Bəxtiyar Vahabzadənin əsərlərini və fikirlərini müzakirə etmək üçün 6 ölkədən 35 universitet və tədqiqat mərkəzindən 100-dən çox elm adamı və tədqiqatçı iştirak edir . Üç gün davam edəcək simpoziumda “Vahabzadə əsərlərində dil xüsusiyyətləri və sənətkarlıq”, “Vahabzadə və milli mübarizə”, “Vahabzadənin dram əsərləri, Vahabzadə və Türk dünyası”, “Vahabzadənin əsərlərində tərbiyə və mənəvi dəyərlər” mövzularında müzakirələr bölmələr şəklində davam etdiriləcək
Bugün simpoziumun əsas hissəsinin bağlanış mərasimi oldu. Qafqaz Universitetinin rektoru Pro.Dk Əhmət Sanıç və türk dünyasından Bakıya gələn qonaqlar çıxış sözüylə "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" haqqında öz fikirlərini bildirdilər
15 Dekabrda simpozium iştirakçılarının Bakı gəzintisiylə "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" tarixə qovuşacaq
Xatırladaq ki, "I Beynəlxalq Bəxtiyar Vahabzadə Simpoziumu" müddəti 13-15 Dekabr aralığıdır.
İsmayıl Türkel
http://stenoqram.com/?m=xeber&id=2901