Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qafqaz Universitetində olmuşdur


Bakı, 5 dekabr (AzərTAc). Dekabrın 5-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Qafqaz Universitetində olmuşdur.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, görüşdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyətindən danışmışdır.
Roland Kobia təmsil etdiyi qurumun təkcə hökumət, qeyri-hökumət strukturları ilə deyil, həm də təhsil müəssisələri ilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır.
Sonra R.Kobia müəllim və tələbələrə Avropa ittifaqının yaranma tarixi barədə məlumat vermişdir.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq