Kainatın dili riyaziyyatdır

05 December, 2012, Mədəniyyət şöbəsi Pİ klubunun təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Liseydə məntiqi təfəkkürün formalaşması, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsi məqsədilə “Kainatın dili riyaziyyatdır” devizi altında “Riyaziyyat-Məntiq Bilik Sərgisi” nümayişi keçirildi. 
Sərgidə həndəsənin bəzi teoremlərinin asan, əyləncəli yollarla modellər üzərində isbatı, riyazi və məntiqi oyunlar, müxtəlif cəbr məsələlərinin maraqlı həlli üsulları göstərildi.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Liseydə dekabr ayı “Riyaziyyat ayı” kimi qeyd olunmaqdadır. Lisey şagirdləri və liseyin pedaqoji heyəti tərəfindən böyük maraqla qarşılanan bilik sərgisi  fənni təşviq etmək, riyazi biliklərin gündəlik həyatda tətbiq edilməsi vərdişlərini formalaşdırmaq, daha geniş miqyaslı olimpiada layihələrini həyata keçirmək nöqteyi nəzərdən çox əhəmiyyətli idi.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq