“Azersun Holdinq”in rəhbəri Qafqaz Universitetində
Tədbirdə Abdolbari Goozal məruzə nitqi
ilə çıxış edib. O, tələbələrə öz tövsiyələrini verib. Qeyd edib ki,
universitet hər bir tələbə üçün həyat qapısıdır. Qafqaz Universitetinin
bu baxımdan Azərbaycanda ən nümunəvi təhsil ocağı olduğunu vurğulayan
qonaq burada savadlı kadrlarla yanaşı, layiqli vətəndaş və insani
keyfiyyətlərə layiq vətənpərvər insanlar yetişdirildiyini bildirib.
Zəngin iş adamlarından olan Abdolbari Goozal əməyi və bacarığı sayəsində bu səviyyəyə çatdığını, pulun çox şey, lakin hər şey olmadığını qeyd edib. İnsanlığın daha önəmli olduğunu və halal zəhmətin önəmliliyindən söz açıb.
Sonra isə qonaq tələbələrin suallarını cavablandırıb. Tədbirin sonunda “Çağ” Öyrətim İşlətmələri şirkətinin idarə heyətinin sədri Enver Özeren tərəfindən qonağa xatirə plaketi təqdim olunub.
Pərvin