“Qafqaz” komandasının qələbə rekordu

01 December, 2012,  Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sumqayıt şəhərində "Azərbaycan-Doğma Vətənim " mövzu- sunda "Breyn-rinq" intellektual oyunu üzrə Respublika yarışı keçirildi.
Xatırladaq ki, Abşeron, Sumqayıt, Şabran, Qusar, Siyəzən, Xaçmaz, Xızı zonaları üzrə 7 komandanın iştirak ediyi yarışın zona birinciliyi mərhələsində Abşeron rayonunu təmsil edən Qafqaz Universitetinin tələbələri:  Orxan Səfərov, Samir Məmmədov, Tanrıqulu Xasızadə, Qorqud İsrafilzadə,  Kamil Əlicanov  və Ayaz Tomuyevin iştiakı ilə “Qafqaz” komandası I yeri  tutaraq Respublika çempionatına vəsiqə qazanmışdılar.
Nəhayət gözlənilən gün qələbə tarixi ilə yaşandı. Abşeron rayonunun “Qafqaz” komandası  "Azərbaycan-Doğma Vətənim" mövzusunda "Breyn-rinq" intellektual oyununun Respublika  birincisi oldu.
Bilik yarışında birincilik qazanan komandamızı təbrik edir, hər zaman Qafqaz Universitetinin layiq olduğu zirvələrdə görməyi arzulayırıq.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq