Mingəçevir Özəl Türk Liseyinin müdiri təhsil şöbəsinin müdiri ilə görüşüb

Mingəçevir Özəl Türk Liseyinin müdiri Həsən Həsənov Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Nazir Sultanovla görüşüb. Görüş zamanı H. Həsənov liseyin fəaliyyəti, təhsildə əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib. Sonra ötən ayın 27-də “Gülüstan” sarayında keçirilmiş “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan və “Çağ” Öyrətim-20 il etimada sədaqətlə” tədbirindən söhbət açıb. Daha sonra liseyin müdiri bu münasibətlə yeni nəşr olunmuş “Müasir Azərbaycan və “Çağ” Öyrətim” adlı kitabı Nazir Sultanova təqdim edib. Mingəçevir şəhər təhsil şöbəsinin müdiri Nazir Sultanov “Çağ” Öyrətim İşlətmələri Şirkətinin 20 illik yubileyi münasibəti ilə təbriklərini şirkətin idarə heyətinin sədri Enver Özerene bildirməyini deyib. “Çağ” Öyrətim İşlətmələrinin bütün tədris müəssisələrinə, eləcə də Mingəçevir Özəl Türk Liseyinin pedaqoji kollektivinə təhsildə uğurlar diləyib.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq