Qafqaz Univerisitetinin qonağı var
Daha sonra Türkiyə Böyük Millət Məclisinin Zonquldağ vilayətindən seçilən millət vəkili Köksal Toptan çıxış edərək ikinci dəfə universitetdə olmağından məmnunluğunu bildirib. TBMM üzvü bildirib ki, müasir maddi-texniki bazaya, yeni tədris binalarına malik universitet iki qardaş ölkə arasında elmi-mədəni körpü rolunu oynayır.
“Qafqaz Universiteti iki ölkə arasındakı dostluq, qardaşlıq və birliyin nümunəsi, parlaq rəmzidir”.
K.Toptan çıxışı zamanı universitetin inkişafı üçün hər cür qayğı və diqqət göstərən prezident İlham Əliyevə minnətdar olduğunu xüsusi vurğulayıb. TBMM-in üzvü bildirib ki, universitetin kollektivi Azərbaycanın təhsil həyatına və iki qardaş ölkə arasındakı əlaqələrin inkişafına yeni-yeni töhfələr versinlər.
Sonda “Çağ Öyrətim İşlətmələri” şirkətinin prezidenti Ənvər Özərən Köksal Toptana xatirə plaketi və hədiyyə təqdim edib. Görüşdən sonra K.Toptan universitetdə yeni istifadəyə verilmiş İqtisadiyyat fakültəsinin binası ilə tanış olub.
http://xezerxeber.com/XeberOxu.aspx?id=46134#.UNk53KxKZVI