SSRN təşkilatının reytinqinə görə QU Cənubi Qafqaz regionundan yeganə, MDB -də isə 5 universitetdən biridir
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, bu ali məktəb SSRN təşkilatının Entrepreneurship Research & Policy Network Organizations elmi nəşrlərin yüklənmə və sitatgətirmə reytinqinə görə, dekabr ayı üzrə 2.106-cı yeri tutaraq Cənubi Qafqaz regionunda yeganə, MDB məkanında isə 5 universitetdən biri olmuşdur.
Social Science Research Network təşkilatı 6 ildir webometrics reytinqinə görə dünyanın on minə yaxın tədqiqat mərkəzləri sırasında ilk yeri tutur.