Qafqaz Universitetinin əməkdaşları Xəzər Universitetində olmuşlar

Bakı, 18 fevral (AzərTAc). Qafqaz Universitetinin əməkdaşları Abzetdin Adamov, Babək Abbasov, Kadir Demirkıran, Etibar Seyidzadə və Xəyyam Məsiyev Xəzər Universitetində olmuşlar.
Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki, nümayəndələr əvvəlcə bu ali təhsil ocağının rektoru, professor Con Rayderlə görüşmüşlər.
Kompyuter elmləri departamentinin əməkdaşları ilə keçirilən görüşdə Leyla Muradxanlı qonaqlara rəhbərlik etdiyi departamentin fəaliyyəti, kompyuter elmləri və kompyuter mühəndisliyi üzrə tədris proqramları və gələcək planlar barədə danışmışdır.
Görüşdə, həmçinin hər iki universitetin əməkdaşlarının birgə elmi-tədqiqat işləri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.
Sonra qonaqlar universitetin kitabxanası, kompyuter mərkəzi, elektronika və zərgərlik laboratoriyaları və xalça muzeyi ilə də tanış olmuşlar.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq