Gəncədə üç universitet arasında memorandum imzalanıb
Gəncədə Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və Qafqaz Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Gün.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə,
memorandumu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Mirdamət
Sadıqov, Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədov və Qafqaz
Universitetinin rektoru Əhməd Saniç imzalayıb.
Sənəddə bir sıra birgə layihələrin həyata keçirilməsi qeyd olunub. Mərasimdə çıxış edənlər əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini və bu qarşılıqlı əlaqələrin Azərbaycan elminə mühüm töhfələr verəcəyini bildiriblər.
Məlumata görə əməkdaşlığın ilkin mərhələsinə bu ilin aprelində başlanılacaq. Müqavilə üzrə nəzərdə tutulan əməkdaşlıq 1-ci təhsil sahəsində, 2-ci ən əsas istiqamət tədris proqramları sahəsində, 3-cü sahə isə müəllim və tələbələrin mübadiləsi olacaqdır. Memorandum əsasında universitetlər arasında ortaq konfranslar təşkil olunacaq.

V. Məmməd
Gün.Az