AZER TAC: Qafqaz Universitetində proqramlaşdırma kursları üçün qeydiyyat başlamışdır


Proqramlaşdırma kursları üçün qeydiyyat başlamışdır
Bakı, 24 fevral (AzərTAc). Qafqaz Universitetində proqramlaşdırma kursları üçün qeydiyyat başlamışdır.
Universitetdən AzərTAc-a bildirmişlər ki, bu ali təhsil ocağının kompyuter laboratoriyasında keçiriləcək kurslar, universitetin daimi inkişaf mərkəzi tərəfindən təşkil olunur. Kurslar 2 ay davam edəcəkdir. İştirakçılara həftəsonu və gündəlik proqramlar təklif ediləcəkdir.
Kurslarda mütəmadi iştirak etmiş və müvəffəqiyyət qazanmış tələbələrə Qafqaz Universiteti tərəfindən sertifikat veriləcəkdir.
Ətraflı məlumat www.qu.edu.az internet səhifəsində yerləşdirilmişdir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.