Ana içeriğe atla
Politoloq Vəfa Quluzadə məktəbdə Xocalı soyqırımından danışıb
Xocalı soyqırımının 20-ci il dönümü ilə əlaqədar olaraq Azərbaycanın görkəmli
politoloqu, Xəzər Regionu Dövlətlərinin Siyasi Tədqiqatı Fondunun
prezidenti, Vəfa Quluzadə Kafkas İlköğretim okulunda şagirdlərlə
görüşüb. Görüş zamanı politoloq Vəfa Quluzadə Xocalı soyqırımı, onun
başvermə səbəblərindən, ermənilərin bütün Türk dünyasına qarşı belə
faciələrin dəfələrlə törətmələrindən, torpaqlarımızı bu gün də işğal
altında saxlamalarından danışıb və şagirdləri tarixdəki bu kimi
faciələri unutmamağı tövsiyyə edib. Sonra məktəblilərin Xocalı soyqırımı
ilə əlaqədar suallarını cavablandırıb.