2 Fevral -Gənclər Günü təntənə ilə qeyd edildi

Fevralın 16-da “Buta Palace” da “2 Fevral- Gənclər Günü” nə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ötən ilin digər sahələrdə olduğu kimi, gənclər sahəsində də çox zəngin olduğunu bildirib. Nazir müavini gənclərin ölkənin yenilik daşıyıcıları, innovativ potensialın əsası olduğunu deyib. 
Tədbirdə bir qrup ictimai fəal, istedadlı və bacarıqlı gənc, gənclər təşkilatlarının liderləri, gənc alim, rəssam, yazıçı, musiqiçi və aktyor mükafatlandırılıb. Mükafatlar gənclərə Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və President Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri Elnur Aslanov, Ailə, Uşaq, Qadın Komitəsinin sədri Hicran Hüseynova tərəfindən təqdim olunub. 
Mükafatlandırılanlar arasında “Qafqaz” Azərbaycan Türkiyə Özəl Gimnaziyasının şagirdləri beynəlxalq olimpiadalarda 2 qızıl və 2 gümüş medallar qazanmış Azər Əsgərov və Aslan mansurov da olub. Tədbirdə “Cag” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Ozeren və Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gomleksiz istirak ediblər.

Bu blogdaki popüler yayınlar

THE UNIVERSITY WHICH IS CHOSEN BY THE STUDENTS WITH THE TOP SCORE OF 700

Təhsil naziri Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüşüb

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq