Mingəçevir “Araz”da məzunlarla görüş keçirilib




Mingəçevir “Araz” hazırlıq kurslarında məzunlarla mütəmadi görüşlər keçirilir. Bu günlərdə də belə bir görüş keçirilib. Lakin həmin görüş əvvəlkilərdən bir qədər fərqli olub. Belə ki, növbəti görüşdə yalnız bu təhsil ocağının qız məzunları iştirak ediblər. Yüzədək məzunun iştirakı ilə keçirilən görüşdə Mingəçevir “Araz” hazırlıq kurslarının müdiri Tərlan Rəcəbov onlara “Araz”da tətbiq olunan yeniliklər barədə ətraflı məlumat verib.
 
 Daha sonra “Araz”ın məzunlarından söz açan Tərlan müəllim onların xoş soraqlarının gəldiyini bildirib. Onun sözlərinə görə, bütün bunlar “Araz”da təhsil alanlara öz müsbət təsirini göstərir. Görüşdə məzun qızlar “Araz”lı günlərini xatırlamaqla yanaşı, təhsil aldıqları təhsil ocaqlarından da söz açıblar.
Qeyd edək ki, görüşdə “Araz”ın müəllimlərinin hazırladıqları maraqlı tamaşa da nümayiş olunub. Uzun illərdən sonra görüşən məzunların həyatından bəhs edən bu tamaşanı məzun qızlar maraqla izləyiblər.
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=42488


Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.