Qafqaz Universitetinin əməkdaşı ABŞ Dövlət Departamentinin sertifikatına layiq görülmüşdür

Bakı, 20 fevral (AzərTAc). ABŞ Dövlət Departamentinin “Beynəlxalq qonaqlar layihəsi” çərçivəsində təşkil etdiyi “Ali təhsil və gələcək karyera planlaması proqramı”nın iştirakçısı Qafqaz Universiteti karyera planlama mərkəzinin müdiri İsa Qasımov Departamentin sertifikatına layiq görülmüşdür.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, yanvarın 28-dən fevralın 18-dək ABŞ-n Vaşinqton, Portland, Los-Anceles, Hantsvil və Nyu-York şəhərlərinin aparıcı ali təhsil müəssisələrində həyata keçirilən “Ali təhsil və gələcək karyera planlaması” proqramı Meridian Beynəlxalq Mərkəzi tərəfindən icra edilmişdir.
http://azertag.com/node/919172

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

II Univiziya Tələbə Mahnı Müsabiqəsinə iştirak hüququ qazanmış təhsil müəssisələri və tələbələrin siyahısı - 2013-04-12

İnformatika üzrə VIII Ümumrespublika Olimpiadası”nın FİNAL mərhələsində I, II, III, IV yerləri Qafqaz Universitetinin komandaları qazanmışlar.