Qafqaz Universitetində hazırlıq kursları üçün qeydiyyat başlamışdır

Bakı, 13 fevral (AzərTAc). Qafqaz Universitetində Toefl, IELTS və ümumi ingilis dili hazırlıq kurslarında iştirak etmək üçün qeydiyyat başlamışdır.
Qafqaz Universitetindən AzərTAc-a bildirmişlər ki, əsasən akademik karyerasını xarici ölkələrdə davam etdirmək istəyənlər üçün nəzərdə tutulmuş kurslar bu ali təhsil ocağının daimi inkişaf mərkəzi tərəfindən təşkil edilir. Kurslar 3 ay davam edəcəkdir.
Kurslarda mütəmadi olaraq iştirak etmiş və müvəffəqiyyət qazanmış tələbələrə Qafqaz Universiteti tərəfindən sertifikat veriləcəkdir.
Ətraflı məlumatlar www.qu.edu.az internet səhifəsində yerləşdirilmişdir. 

Bu blogdaki popüler yayınlar

Rektörümüz Bilimsel Toplantı ve İşbirliği İçin Azerbaycan Kafkas Üniversitesinde

Beraber yürüdük biz bu yollarda...

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq