“Startup Azərbaycan”ın Qafqaz Universitetində toplantısı keçirilib

Qafqaz Universitetində “StartUp Azərbaycan” layihəsi çərçivəsində universitet rəhbərliyi ilə görüş və universitetin İT sahəsi üzrə müəllim və tələbələri ilə birgə toplantı keçirilib.

Layihənin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, görüşdə Qafqaz Universitetinin rektoru Ahmet Sanıç “StartUp Azərbaycan” komandasının üzvləri ilə görüşüb. Tədbir iştirakçılarına “StartUp Azərbaycan” layihəsi haqqında məlumat verilib və gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra universitetin tələbə və müəllimlərinin iştirakı ilə geniş toplantı keçirilib. Toplantı iştirakçılarına konkret bir startup layihəsinin formalaşması, maliyyələşməsi və inkişafı ilə bağlı nümunə təqdim edilib. “Multibon” layihəsi ilə bağlı Orxan Əhmədov təqdimat edib.

O, təqdimatında adı çəkilən layihənin ərsəyə gəlməsi, investor tapılması, internet bazarındakı yeri və inkişaf perspektivləri ilə bağlı maraqlı məlumatlar təqdim edib. “StartUp Azərbaycan”ın aprelin 20-də Xəzər Universitetində və aprelin 27-də Sumqayıt şəhərində belə toplantılar keçirməsi nəzərdə tutulub.

Aynur Vəliyeva 
http://ictnews.az/read.php?lang=1&content=23232

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır