“Azərbaycanda yeni və güclü kimyaçılar nəsli hazırlanmalıdır”

Bakıda keçirilən I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransında kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı (“CCE 2013”) öz işini davam etdirir. Konfrans çərçivəsində dünən Qafqaz universitetində də, mövzular üzrə xüsusi dinləmələr keçirilib. Tədbirdə dünyanın bir çox ölkələrini təmsil edən alimlər, Azərbaycanın ali təhsil ocaqlarının rektorları və digər mütəxəssislər iştirak ediblər. Konfrans çərçivəsində kimya sahəsi üzrə aparılan tədqiqat işləri, alimlər və təhsil ocaqları arasında qarşılıqlı münasibətlərin qurulması müzakirə edilib, təkliflər dəyərləndirilib. Konfrans iştirakçıları belə bir tədbirin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Təhsil naziri Misir Mərdanov: “Uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunan belə konfranslar keçirilmirdi. Nazirin fikrincə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.
Türkiyənin Ege Universitetinin professoru Zafer Ayvaz: “Kimya və kimya mühəndisliyi sahəsində Azərbaycanda keçirilən konfransın əhəmiyyətindən danışdı: “Azərbaycan SSRİ-nin neft və kimya sənayesi ölkəsi olub. Ancaq müstəqillik əldə edildikdən sonra adıçəkilən sənaye sahələrinin ətraf mühitə xeyirdən çox ziyan və zərər vurduğu məlum olmuşdur. Bu tip problemlərin qarşısının alınması üçün yenə də kimya sənayesinə ehtiyac var.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov: “Azərbaycanda milli elmi məktəblər arasında ilk dəfə kimya elmi məktəbi yaranıb. Bu gün ölkədə artıq IV-V nəsil kimya elmi məktəbləri formalaşıb. Mən arzu edirəm ki, dövlətin verdiyi dəstək hesabına Azərbaycanda yeni və güclü VI nəsil kimyaçılar hazırlansın. Yeni nəsil kimyaçıların hazırlanması üçün ölkədə kifayət qədər potensial var”.
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı (“CCE 2013”) öz işinə başlayıb. Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin fəxri sədrliyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kimi bir sıra təşkilat və qurumların dəstəyi ilə təşkil olunub.
Konfransın “Gülüstan” sarayında keçirilən rəsmi açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bu tədbirin əcnəbi, nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan elm adamlarının arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcəyini bildirib. Konfransda dünyanın 13 ölkəsindən 100-dən çox mütəxəssisin iştirak etdiyini xatırladan M. Mərdanov uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunmuş bu tip  tədbirlərin keçirilmədiyini, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacağını qeyd edib.
Misir Mərdanov kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransında (”CCE 2013”) Qafqaz Universitetinin rektoru Ahmet Saniçin Təhsil Nazirliyinin ən yüksək mükafatı olan “Qabaqcıl təhsil işçisi” adı ilə təltif olunduğunu bildirib. Nazir bu günlərdə 50 illik yubileyini qeyd edən rektorun Azərbaycanda fəaliyyət göstərdiyi illər ərzində ölkənin təhsil sahəsində mühüm xidmətlər göstərdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov Azərbaycanda kimya sənayesinin və kimya elminin inkişafının Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz bu səbəbdən elmi konfransın dahi öndərin 90 illik yubileyinə həsr edildiyini qeyd edib.
 “Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev konfransın keçirilməsini Azərbaycanın sənaye potensialının inkişafı üçün mühüm bir hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, konfransda kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.
Konfransa dünyanın 13 ölkəsindən kimya və kimya mühəndisliyinin müxtəlif sahələrini əhatə edən 173-ü Azərbaycan və 142-si isə digər xarici ölkələrdən olmaqla 315 məruzə təqdim olunmuşdur.
Türkiyənin Ege Universitetinin professoru, Ekologiyanın Mühafizəsi və Tədqiqatları Fondunun (“ÇEVKOR”) rəsmi nümayəndəsi Zafer Ayvaz kimya və kimya mühəndisliyi sahəsində Azərbaycanda keçirilən konfransın əhəmiyyətindən danışdı: “Azərbaycan SSRİ-nin neft və kimya sənayesi ölkəsi olub. Ancaq müstəqillik əldə edildikdən sonra adıçəkilən sənaye sahələrinin ətraf mühitə xeyirdən çox, ziyan və zərər vurduğu məlum olmuşdur. Bu tip problemlərin qarşısının alınması üçün yenə də kimya sənayesinə ehtiyac var. Qafqaz Universitetinin beynəlxalq səviyyədə təşkil etdiyi bu konfrans elm adına atılmış böyük addımlardan biri olacağına inanıram. Dünya elm adamlarını bir araya toplayıb, diskussiya və müzakirələr üçün şərait yaratdığına görə başda Qafqaz Universiteti olmaqla, konfransın keçirilməsində əməyi olan bütün qurum və təşkilatlara öz minnətdarlığımı bildirirəm”.
Kanadanın Alberto Universitetinin Azərbaycan əsilli professoru Yədulla Maham Azərbaycanda tanıdılmasında bu konfransın mühüm vasitə olacağını bildirib: “Bu konfrans sayəsində kimya və kimya mühəndisliyi sahələrində çalışan elm adamları və mütəxəssislərinin bir araya gəlməsi elm sahəsində çox böyük uğurlar əldə olunacağından xəbər verir. Bu sayda əcnəbi alimin Bakıya gəlməsi Azərbaycanın daha da tanıdılmasına yardım edəcək”. 
Konya Səlcuq Universitetinin professoru Əminə Özcan tədbirin Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsini təqdirəlayiq bir addım kimi dəyərləndirdi: “Heydər Əliyevin 90 illiyinə həsr olunmuş elmi konfransın keçirilməsi çox gözəl bir addımdır. Heydər Əliyev dünya səviyyəsində böyük bir lider olub. Mənim fikrimcə, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bir elm kimi öyrənilməli və araşdırılmalıdır”.
Qeyd edək ki, aprelin 21-dək davam edəcək I Beynəlxalq Kimya və Kimya Mühəndisliyi Konfransı çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq. Plenar iclaslarda yeni əsr kimyasının aktual sahələri - qeyri-üzvi maddələrin və kompleks birləşmələrin kimyası, funksional nanomateriallar və yüksəktəmizlikli maddələrin texnologiyası, üzvi və bioloji kimyanın aktual problemləri, tibbi kimya, bioloji aktiv maddələrin kimyası və texnologiyası, “yaşıl kimya” və ətraf mühitin mühafizəsi, qida və təbii məhsullar kimyası və s. üzrə 70-ə qədər məruzə dinləniləcəkdir. Aprelin 21-də qonaqların Bakı şəhərinin görməli yerləri, tarixi memarlıq abidələri ilə tanışlığı nəzərdə tutulmuşdur.
http://www.zaman.az/az/newsDetail_getNewsById.action?newsId=48559

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF