Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçirilir

26-27 Aprel tarixində Qafqaz Universitetində Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı keçiriləcək. 


“Qafqazinfo”nun məlumatına görə, konfransın məqsədi gənclərin elmə olan marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları və elm adamlarını bir araya gətirmək, bu sahədə əldə olunan təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunmasını və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.
On üç ölkənin elm adamlarının iştirakı ilə keçiriləcək beynəlxalq konfrans respublikamızda elmi potensialın güclənməsinə, fundamental və tətbiqi elmi- tədqiqatların prioritet istiqamətlərinin inkişaf etdirilməsi məqsədi ilə gənc tədqiqatçıların həvəsləndirilməsinə, onların əldə etdikləri elmi nəticələrin qiymətləndirilməsinə və yayılmasına da xidmət göstərəcək. İngilis, rus, azərbaycan və türk dillərində təqdim olunacaq tezislər üzərinə geniş müzakirələr aparılaraq müxtəlif sahələrdəki innovasiyalarla əlaqəli konstruktiv təkliflər veriləcək.
http://qafqazinfo.az/site/GƏNC_TƏDQIQATÇILARIN_I_BEYNƏLXALQ_ELMI_KONFRANSI_KEÇIRILIR-41253-xebe

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF