Bakıda gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş birinci Beynəlxalq elmi konfransı keçirilir
Bakı, 26 aprel (AzərTAc). Aprelin 26-da
Qafqaz Universitetində gənc tədqiqatçıların ümummilli lider Heydər
Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş birinci Beynəlxalq
elmi konfransı başlanmışdır.
AzərTAc xəbər verir ki, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Türkiyənin Atatürk Universiteti və digər universitetlərin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclərin elmə olan marağını daha da artırmaq, müvafiq sahədə mövcud problemləri müzakirə etməkdən ibarətdir.
Açılış mərasimində Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç müdrik dövlət xadimi Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan danışan professor Ə.Saniç konfransın əhəmiyyətini diqqətə çatdırmışdır.
Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulamışdır.
Ölkəmizin ayrı-ayrı sahələrində, o cümlədən təhsil sahəsində qazanılan uğurlardan bəhs edən İ.Pirməmmədov bütün nailiyyətləri dahi şəxsiyyət Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu xatırlatmışdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan danışmışdır.
A.Mirzəzadə görkəmli şəxsiyyət Heydər Əliyevin müstəqil Azərbaycanın daxili və xarici siyasət xəttinin əsaslarını qoyduğunu, inkişaf strategiyasını müəyyənləşdirdiyini söyləmiş, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini diqqətə çatdırmışdır.
Eyni zamanda, məlumat verilmişdir ki, konfransa 13 ölkədən (Azərbaycan, Türkiyə, ABŞ, Rusiya, Hindistan, Avstriya, Misir, İran, Türkmənistan, Özbəkistan, Qırğızıstan və s.) gənc tədqiqatçıların və alimlərin ümumilikdə 900-dən çox tezisi daxil olmuş, onlardan 600-ə qədəri seçilmişdir.
Sonra məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Konfrans aprelin 27-də başa çatacaqdır.
http://www.azertag.com/node/1083481