20 Nisan 2013 Cumartesi

Bakıda 1-ci Beynəlxalq Kimya və Mühəndisliyi konfransı keçirilir


Bakı, 17 aprel, SalamNews, H.İbadlı, S.Mahiroğlu. Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunan 1-ci Beynəlxalq Kimya və Mühəndisliyi konfransı keçirilir.
SalamNews xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Avropa və Asiya ölkələrini təmsil edən şirkətlərin nümayəndələri, dövlət rəsmiləri, ali təhsil ocaqlarının rektorları iştirak edirlər.
"Azərkimya" İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev bildirib ki, bu konfransın keçirilməsi Azərbaycanın indiki və gələcək sənaye potensialının inkişafı üşün vacibdir. Konfransda kimya sənayesi və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı və mühüm məsələlərə baxılması nəzərdə tutulub. Tədbirə çox sayda qonaq dəvət olunub. Biz bu tədbiri Qafqaz Univeristeti ilə birlikdə keçirməyi nəzərdə tutmuşuq.
Təhsil Naziri Misir Mərdanov deyib ki, uzun illərdir bizdə elmin konkret sahələrinə həsr olunan belə böyük konfranslar keçirilmirdi. Kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.
Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə baş tutur. CCE-2013 beynəlxalq konfrans kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. CCE-2013 həm akademik, həm də sənaye institutlardan olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə ilə keçirilir. Burada son tədqiqatlar barədə fikirlər səsləndiriləcək, mövcud olan problemlər, tədqiqatları və innovasiyalı ideyalar müzakirə olunacaq.
Konfrans çərçivəsində beynəlxalq natiqlər kimya və kimya mühəndisliyi sahələrində mövcud olan nailiyyətləri plenar leksiyalarda təqdim edəcəklər.
http://salamnews.org/az/news/read/69646/bakida-1-ci-beynelxalq-kimya-ve-muumlhendisliyi-konfransi-ke