“CCE 2013” çərçivəsində Qafqaz Universitetində xüsusi dinləmələr

Bakıda Kimyaçılar və kimya mühəndislərinin I beynəlxalq konfransı (“CCE 2013”) öz işinə başlayıb. Qeyd edək ki, beynəlxalq konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunub. Konfransın rəsmi açılış mərasimi Gülüstan sarayında baş tutub. Beş gün davam edəcək beynəlxalq konfrans Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkətinin birgə dəstəyi, həmçinin Qafqaz Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və digər qurumların təşkilatçılığı ilə keçirilir. Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, xaricdən gələn nüfuzlu alimlərlə Azərbaycanda bu sahədə çalışan müəllimlərin arasında əlaqələrin yaranmasına, birgə tədqiqat işlərinin aparılmasına təkan verəcək.
 Konfransda dünyanın 12 ölkəsindən 100-dək mütəxəssisin iştirak etdiyini deyən M.Mərdanov qeyd edib ki, uzun illərdir Azərbaycanda elmin bu və ya digər sahələrinə həsr olunan belə konfranslar keçirilmirdi. Nazirin fikrincə, kimya və kimya mühəndisliyinin inkişafında bu konfransın çox böyük əhəmiyyəti olacaq.“Azərikimya” İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev isə bildirib ki, bu konfransın keçirilməsi Azərbaycanın həm bugünkü inkişafı, həm də gələcəkdə sənaye potensialının inkişafı üçün vacibdir. Onun sözlərinə görə, konfransda kimya sənayesinin və kimya mühəndisliyinin inkişafı ilə bağlı maraqlı, mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə də çıxışı zamanı ölkədə belə bir tədbirin keçirilməsini yüksək qiymətləndirib. Konfrans çərçivəsində Qafqaz Universitetində də mövzular üzrə xüsusi dinləmələr keçirilib. 
Tədbirə konfransda iştirak etmək üçün Azərbaycana gələn dünyanın bir çox ölkələrini təmsil edən alimlər, Azərbaycanda ali təhsil ocaqlarının rektorları və digər mütəxəssislər iştirak ediblər. Konfrans çərçivəsində kimya sahəsi üzrə aparılan tədqiqat işləri, alimlər və təhsil ocaqları arasında qarşılıqlı münasibətlərin qurulması müzakirə edilib, təkliflər dəyərləndirilib. Qeyd edək ki, aprelin 21-dək davam edəcək “CCE 2013” beynəlxalq konfransı kimyaçıları, kimya üzrə mühəndisləri, sənaye mütəxəssisləri və kimya sahəsi üzrə tədqiqatçıları bir araya gətirən forumdur. 
“CCE 2013” həm akademik, həm də sənaye institutlarından olan tədqiqatçıları və sənayedən olan təcrübəçiləri cəlb etmək məqsədilə keçirilir. Bu müddət ərzində çərçivəsində Qafqaz Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında müxtəlif mövzularda leksiyalar təşkil olunacaq.

İLKIN
http://palitranews.az/news.php?id=6854

Bu blogdaki popüler yayınlar

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

Ən yüksək keçid balı Qafqaz Universitetinin birinci qrupuna daxil olan kompüter mühəndisliyi ixtisasındadır

VİCDAN SUSTUĞUNDA : Download PDF