Qafqaz və Dağıstan Dövlət Pedaqoji Universiteti arasında memorandum imzalanıb

Qafqaz və Dağıstan Dövlət Pedaqoji Universitet arasında memorandum imzalanıb. Qafqaz Universitetinin mətbuat xidmətindən Gün.Az-a verilən məlumata görə, imzalanma mərasimi bu gün baş tutub.

“Dağıstan Dövlət Pedaqoji Universiteti”ndə  Mühəndislik-pedaqoji institutunun direktoru  prof.  Xaybulayev Maqomed və onun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana 3 günlük səfərdədir. Səfərin məqsədi Azərbaycanın ali təhsil müəssisələri ilə tanış olmaq və memorandum imzalamaqdır.

İlk olaraq memorandum Qafqaz Universiteti arasında imzalanıb.

Qafqaz Universitetin Tempus otağında keçirilən görüşdə universitetinin rektoru professor Ahmet Saniç Azərbaycanla Dağıstan  arasında olan dostluqdan bəhs edib və bildirib ki, imzalanan əməkdaşlıq memorandumu Azərbaycan və Dağıstan təhsilinə öz tövhəsini verəcək.

Daha sonra A.Saniç universitetin strukturu, professor-müəllim heyəti, tələbə kontingenti ilə bağlı məlumat verib. Sonra qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İmzalanan sənəddə universitetlər arasında tələbə və müəllim mübadilələri, akademik əməkdaşlıq, qarşılıqlı mədəni əlaqələrin artırılması məsələləri öz əksini tapıb.

Tədbirin sonunda A.Saniç tərəfindən qonağa xatirə plaketi təqdim edilib.

Dağıstan  Universitetinin rektoru isə Qafqaz Universitetinin rektoruna Dağıstanın milli atributlarından olan qılınc hədiyyə edib.

Mirvari Kamilqızı
Gün.Az

http://assets.gun.az/social/69438

Bu blogdaki popüler yayınlar

Azerbaijan - GOV - Azerbaijan to Host an International ICT Conference

Özəl və dövlət ali təhsil məktəbləri arasındakı fərq

VİCDAN SUSTUĞUNDA : Download PDF